İş yeri: Bakı
Əmək haqqı: 1200 azn Net + 3 ay staj dovrunden sonra KPI( satisdan) bonus sistemine baglanacaq.
Əsas vəzifə öhdəlikləri:
- Treyd marketinq strategiyalarının hazırlanması və tətbiqi
- Satış nöqtələrində (POS) marketinq fəaliyyətlərinin təşkili
- Kampaniyaların icrası və nəticələrinin təhlili
- Kategoriya menecmenti və məhsul yerləşdirmə proseslərinə dəstək
- Satış komandası ilə sıx əməkdaşlıq və təlimatların çatdırılması
- Bazar və rəqib təhlilinin aparılması
- Promo materialların hazırlanmasına nəzarət və ehtiyacların planlaşdırılması
Namizədə dair tələblər:
- Ali təhsil (marketinq, menecment, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
- Treyd marketinq, brend idarəçiliyi, təchizat və ya kateqoriya idarəçiliyi sahəsində təcrübə üstünlükdür
- FMCG sahəsində iş təcrübəsi arzuolunandır
- Rus və İngilis dilləri üzrə minimum B2 səviyyəsində bilik (yazılı və şifahi)
- Microsoft Excel və PowerPoint proqramları üzrə yüksək səviyyədə bilik
- SAP və ya Logo Tiger proqramlarından hər hansı biri üzrə bilik üstünlük hesab olunur
- Analitik düşüncə tərzi və çevik qərarvermə bacarığı
- Güclü işgüzar kommunikasiya və komandada işləmə bacarığı
- Yüksək məsuliyyət və təşəbbüskarlıq
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini “Treyd Marketinq üzrə Mütəxəssis” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.