MEC Design MMC MEC Design MMC

Anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbardar

  • Deadline 19 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan və anbardan çıxarılan material, avadanlıq, alət və digər inventarların qəbulunu, yerləşdirilməsini, saxlanmasını və uçotunu həyata keçirmək;
  • Daxil olan malların miqdarını, çeşidini, komplektliyini və müşayiətedici sənədlərini yoxlamaq;
  • Materialların anbar daxilində düzgün kateqoriyalara bölünərək, təhlükəsizlik və saxlanma tələblərinə uyğun yerləşdirilməsini təmin etmək;
  • Anbar qalığının gündəlik uçotunu aparmaq və faktiki qalıqların sənədlərlə uyğunluğuna nəzarət etmək;
  • Malların layihə, sahə və təyinat üzrə düzgün şəkildə təhvil verilməsini təmin etmək;
  • Materialların sahəyə verilməsi zamanı müvafiq anbar və təhvil-təslim sənədlərini düzgün rəsmiləşdirmək;
  • Anbar üzrə mədaxil, məxaric, təhvil-təslim, silinmə və digər zəruri sənədləri hazırlamaq və düzgün şəkildə arxivləşdirmək;
  • Anbar sənədlərinin mühasibatlıq və digər aidiyyəti şöbələrə vaxtında təqdim edilməsini təmin etmək;
  • Anbarda materialların düzgün saxlanılmasına, itki və zədələnmələrin qarşısının alınmasına nəzarət etmək;
  • Dövri və tələb olunduqda növbədənkənar inventarizasiyalarda iştirak etmək;
  • Anbarın səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Materialların qalıqları və ehtiyacları barədə rəhbərliyə vaxtında məlumat vermək;
  • Layihə üzrə materialların hərəkəti və anbar qalığı ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyasına uyğun digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Anbardar və ya analoji vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Anbar uçotu və anbarlaşma prosesləri üzrə praktiki biliklər;
  • Mədaxil, məxaric, təhvil-təslim, silinmə və digər anbar sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi qaydalarını bilməli;
  • Materialların qəbulu, saxlanması və buraxılması proseslərini bilməli;
  • Anbar qalığının uçotunu və inventarizasiyanın aparılması qaydalarını bilməli;
  • MS Excel və digər ofis proqramları ilə işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Material və avadanlıqların nomenklaturası ilə işləmək bacarığı;
  • Tikinti sahəsində anbar işi üzrə təcrübənin olması üstünlükdür.

İş şərtləri:

  • İş yeri: Layihə üzrə tikinti sahəsi;
  • İş müddəti: 3 ay;
  • Əmək müqaviləsi layihənin nəzərdə tutulmuş müddətinə uyğun olaraq 3 aylıq müddətə bağlanır;
  • İşçinin bilik və bacarıqları, işə münasibəti, məsuliyyəti və fəaliyyət nəticələri layihə müddəti ərzində qiymətləndirilir. İşçinin fəaliyyətinin müsbət qiymətləndirilməsi və şirkətin yeni layihələrində uyğun vakansiyanın olması nəzərə alınmaqla əmək müqaviləsinin müddəti növbəti layihələr üçün uzadıla bilər.
  • Əməkhaqqı: Müsahibə zamanı namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir.

Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Anbardar” qeyd edin.  

  • Daily0
  • Weekly635
  • Monthly1726