İşin Təsviri və Öhdəliklər:
- Hündürmərtəbəli bina layihəsində güc və işıqlandırma, və zəif axın (yanğın həyəcanı, kamera, İT və s.) sistemlərinin quraşdırılması işlərini idarə etmək;
- Elektrik təsisat işlərinin Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (MQT / PUE) uyğun aparılmasına nəzarət etmək;
- Subpodratçıların iş keyfiyyətini, materialların standartlara uyğunluğunu və layihə qrafikini yoxlamaq;
- Sahədəki elektrik işlərinə dair gizli işlər aktlarının və icraat cizgilərinin (As-Built) düzgünlüyünü təmin etmək.
Tələblər:
- Təcrübə: Hündürmərtəbəli bina layihələrində elektrik və zəif axın sistemləri üzrə minimum 5 il iş təcrübəsi;
- Təhsil: Sahə üzrə ali mühəndislik təhsili (Elektrik mühəndisliyi);
- Proqram Bilikləri: AutoCAD proqramında layihə və sxemlərlə sərbəst işləmək bacarığı;
- Yerli elektrik standartlarını, tikinti normativlərini və təhlükəsizlik qaydalarını yaxşı bilmək.
Şərtlər:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: Müsahibə əsasında (namizədin təcrübəsinə uyğun);
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Elektrik Mühəndisi” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!