MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.
Əsas vəzifə öhdəlikləri
- Saha Şefi ilə koordinasiyalı şəkildə sahədə fit-out və finishing işlərinin gündəlik icrasının təşkilinə və idarə edilməsinə cavabdeh olmaq;
- Öz usta işçi briqadasını formalaşdırmaq, işçi seçimini və iş bölgüsünü təşkil etmək;
- Formalaşdırılmış usta işçi briqadasının gündəlik fəaliyyətini idarə etmək və görülən işlərə nəzarət etmək;
- Fit-out və finishing işlərinin təsdiq edilmiş layihə, çertyoj, texniki spesifikasiyalar və iş qrafikinə uyğun icrasını təmin etmək;
- Alçıpan, suvaq, boya, döşəmə, divar üzlükləri, tavan və digər finishing işlərinin icrasına birbaşa nəzarət etmək;
- Görülən işlərin keyfiyyətini yoxlamaq və müəyyən edilmiş çatışmazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək;
- Materialların layihə tələblərinə və təsdiq edilmiş texniki spesifikasiyalara uyğun düzgün tətbiqinə nəzarət etmək;
- Materialların səmərəli istifadəsini təmin etmək və material israfının qarşısının alınması üçün tədbirlər görmək;
- Material və işçi qüvvəsi ehtiyaclarını əvvəlcədən müəyyənləşdirmək və Saha Şefinə vaxtında məlumat vermək;
- İşçi briqadasının məhsuldarlığına və işlərin müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət etmək;
- Sahədə yaranan texniki və təşkilati məsələlərin operativ həllində iştirak etmək və zəruri hallarda Saha Şefinə məlumat vermək;
- Subpodratçılar və digər sahə komandaları ilə gündəlik koordinasiyanı təmin etmək;
- Saha Şefinin tapşırıqlarının usta işçi briqadası tərəfindən düzgün və vaxtında icrasını təmin etmək;
- Gündəlik görülən işlər, iş qrafikinin icrası, material istifadəsi və sahədə yaranan problemlər barədə Saha Şefinə mütəmadi hesabat vermək;
- Sahədə təhlükəsizlik və HSE tələblərinə riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər
- Təhsil tələbi yoxdur;
- Fit-out və finishing sahəsi üzrə minimum 7 il müvafiq iş təcrübəsi mütləqdir;
- Usta işçi briqadasını müstəqil şəkildə formalaşdırmaq, idarə etmək və iş bölgüsü aparmaq bacarığı mütləqdir;
- Fit-out və finishing işlərinin sahədə icrası və idarə olunması üzrə geniş praktiki təcrübə;
- Alçıpan, suvaq, boya, döşəmə, divar üzlükləri, tavan və digər finishing işləri üzrə praktiki bilik;
- Çertyojları, işçi çertyojlarını və texniki spesifikasiyaları oxuma və düzgün şərh etmə bacarığı;
- Materialların düzgün və səmərəli istifadəsi, material israfının qarşısının alınması üzrə praktiki anlayış;
- İşçi briqadalarının idarə edilməsi və onların məhsuldarlığının təmin olunması bacarığı;
- Subpodratçılar və digər sahə komandaları ilə effektiv kommunikasiya və koordinasiya bacarığı;
- Sahədə yaranan texniki və təşkilati problemləri operativ həll etmək bacarığı;
- Güclü komanda idarəetməsi, liderlik və məsuliyyətlilik;
- Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları işlərin planlaşdırılması, hesabatların hazırlanması, məlumatların analizi və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
- Fit-out və finishing üzrə geniş və müxtəlif layihə təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Müvafiq sahə üzrə real layihələrdə sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Fit-out üzrə Supervisor” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!