MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.
Əsas vəzifə öhdəlikləri
- İncə İşlər Şefi ilə Fit-out üzrə Supervisor arasında əsas əlaqələndirici vəzifəni həyata keçirmək;
- Sahədə həyata keçirilən işlərin təsdiq edilmiş çertyojlar, layihə sənədləri, texniki spesifikasiyalar və iş qrafikinə uyğun icrasına gündəlik nəzarət etmək;
- Fit-out üzrə Supervisorun fəaliyyətini idarə etmək və işlərin düzgün təşkilinə nəzarət etmək;
- Saha komandasının gündəlik fəaliyyətini koordinasiya etmək və iş bölgüsünü təşkil etmək;
- İşlərin müəyyən edilmiş qrafikə uyğun və vaxtında icra olunmasını təmin etmək;
- Sahədə görülən işlərin keyfiyyətinə və layihə tələblərinə uyğunluğuna nəzarət etmək;
- Çertyoj və texniki sənədlərdə nəzərdə tutulmuş işlərin sahədə düzgün tətbiq edilməsini təmin etmək;
- Sahədə yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək;
- Həll edilməsi daha yüksək səviyyədə qərar tələb edən məsələlər barədə İncə İşlər Şefinə vaxtında məlumat vermək;
- Gündəlik görülən işlər, iş qrafiki, yaranan problemlər və sahənin ümumi vəziyyəti barədə hesabatlar hazırlamaq və İncə İşlər Şefinə təqdim etmək;
- İncə İşlər Şefinin tapşırıqlarının sahədə düzgün və vaxtında icrasını təmin etmək;
- Sahədə əməyin mühafizəsi, təhlükəsizlik və HSE tələblərinə riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər
- Ali təhsil — inşaat mühəndisliyi, memarlıq və ya əlaqəli ixtisas;
- Fit-out və finishing layihələri üzrə minimum 5 il müvafiq iş təcrübəsi mütləqdir;
- Ən azı 3 il rəhbər vəzifədə, sahə idarəetməsi və komanda rəhbərliyi üzrə təcrübə mütləqdir;
- Böyük həcmli və kompleks fit-out layihələrinin sahədə idarə olunması üzrə sübut olunmuş praktiki təcrübə;
- Finishing works proseslərinin, xüsusilə memarlıq və interyer işlərinin sahədə idarə edilməsi üzrə geniş təcrübə;
- Subpodratçıların və işçi briqadalarının idarə edilməsi və koordinasiyası üzrə təcrübə;
- Memarlıq dizayn ofisi ilə işləmək, texniki detalları dəqiqləşdirmək və layihə qərarlarını sahədə tətbiq etmək bacarığı;
- Çertyojları, texniki spesifikasiyaları və layihə sənədlərini oxuma və düzgün şərh etmə bacarığı;
- İş qrafikinin idarə edilməsi və layihənin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı;
- Material, avadanlıq və işçi qüvvəsi daxil olmaqla sahə resurslarının effektiv idarə edilməsi üzrə təcrübə;
- Güclü liderlik, komanda idarəetməsi və qərar qəbul etmə bacarığı;
- Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları layihənin idarə edilməsi, planlaşdırma, hesabatların hazırlanması, məlumatların analizi və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
- Lüks və yüksək seqmentli obyektlərdə, xüsusilə hotel, villa və premium yaşayış layihələrində iş təcrübəsi üstünlükdür;
- Fit-out və finishing üzrə geniş və müxtəlif layihə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “İncə İşlər Şefi” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!