MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.
Əsas vəzifə öhdəlikləri
- Tikinti və fit-out işlərinin müəyyən edilmiş keyfiyyət standartlarına, layihə sənədlərinə və texniki tələblərə uyğun icrasına gündəlik nəzarət etmək;
- Görülən işlərin təsdiq edilmiş layihə, işçi çertyojları, texniki spesifikasiyalar və müvafiq standartlara uyğunluğunu yoxlamaq;
- İşlərin hər mərhələsi üzrə tələb olunan keyfiyyətə nəzarət sənədlərinin hazırlanmasını və düzgün sənədləşdirilməsini təmin etmək;
- Inspection Request (IR) və digər keyfiyyətə nəzarət sənədlərini hazırlamaq, yoxlamaq və izləmək;
- Document Control ilə koordinasiyalı işləmək və keyfiyyətə aid sənədlərin müvafiq tərəflərə, müştəriyə və layihə komandasına vaxtında təqdim olunmasını təmin etmək;
- İstifadə olunan materialların keyfiyyətini və təsdiq edilmiş material nümunələrinə uyğunluğunu yoxlamaq;
- Mock-up işlərinin keyfiyyət baxımından yoxlanılmasında və təsdiq prosesində iştirak etmək;
- Sahədə aşkar edilmiş uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və sənədləşdirmək;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə düzəldici tədbirlərin (Corrective Actions) icrasına nəzarət etmək;
- Subpodratçıların və digər icraçı tərəflərin yerinə yetirdiyi işlərin keyfiyyətini monitorinq etmək;
- Təkrarlanan və sistemli keyfiyyət problemlərini müəyyənləşdirmək, səbəblərini analiz etmək və onların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsində iştirak etmək;
- Keyfiyyətlə bağlı texniki məsələləri aidiyyəti sahə komandası və Construction Manager ilə koordinasiya etmək;
- Gündəlik və həftəlik keyfiyyət hesabatlarını hazırlamaq və Construction Manager-ə təqdim etmək;
- Keyfiyyət göstəricilərinin, uyğunsuzluqların və görülmüş düzəldici tədbirlərin mütəmadi izlənilməsini təmin etmək;
- Layihənin təhvil-təslim mərhələsində keyfiyyət sənədlərinin və müvafiq qeydlərin tam və düzgün hazırlanmasına dəstək olmaq.
Namizədə tələblər
- Ali təhsil — inşaat mühəndisliyi, memarlıq və ya əlaqəli ixtisas;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi mütləqdir;
- Tikinti və fit-out layihələrində keyfiyyətə nəzarət üzrə praktiki iş təcrübəsi;
- Fit-out və finishing işləri üzrə QC təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Inspection Request (IR), NCR, Corrective Action və digər keyfiyyətə nəzarət sənədləri ilə işləmək bacarığı;
- Texniki sənədlər, çertyojlar, spesifikasiyalar və hesabatlarla işləmək bacarığı;
- Document Control prosesi ilə koordinasiyalı işləmək bacarığı;
- Materialların və görülən işlərin layihə və təsdiq edilmiş nümunələrə uyğunluğunu qiymətləndirmək bacarığı;
- Mock-up və material approval prosesləri üzrə praktiki anlayış;
- Təkrarlanan keyfiyyət problemlərini müəyyən etmək və onların qarşısının alınması istiqamətində tədbirlər görmək bacarığı;
- Detallara yüksək diqqət və analitik düşünmə qabiliyyəti;
- Güclü kommunikasiya, koordinasiya və hesabat hazırlama bacarığı;
- Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları keyfiyyət hesabatlarının, sənədləşmənin, məlumatların analizi və digər iş proseslərinin hazırlanmasında effektiv tətbiq etmək bacarığı;
- Müvafiq sahə üzrə real layihələrdə sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Quality Control Specialist” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!