MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.
Əsas vəzifə öhdəlikləri
- Tikinti sahəsində bütün fit-out və finishing işlərinin planlaşdırılmasını və koordinasiyasını təmin etmək;
- Supervisor və Saha Memarının birbaşa idarə edilməsini həyata keçirmək;
- Subpodratçıların, işçi briqadalarının və sahə komandalarının fəaliyyətini koordinasiya və nəzarətdə saxlamaq;
- İş qrafikinin hazırlanmasında iştirak etmək, icrasına nəzarət etmək və işlərin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək;
- Memarlıq dizayn ofisi ilə daimi koordinasiyada olmaq, layihə üzrə texniki və memarlıq detallarını dəqiqləşdirmək və yekunlaşdırmaq;
- Yekunlaşdırılmış layihə detallarını sahə komandasına çatdırmaq və onların çertyoj, spesifikasiya və texniki tələblərə uyğun şəkildə sahədə tətbiqini təmin etmək;
- Tikinti və finishing işlərinin təsdiq edilmiş layihə, çertyoj, texniki spesifikasiya və keyfiyyət tələblərinə uyğun icrasına nəzarət etmək;
- Material, avadanlıq, işçi qüvvəsi və digər resursların tələbatını planlaşdırmaq və effektiv idarə edilməsini təmin etmək;
- Materialların və digər resursların iş qrafikinə uyğun olaraq vaxtında sahədə olmasını təmin etmək;
- Görülən işlərin keyfiyyətinə, layihəyə uyğunluğuna və vaxtında tamamlanmasına nəzarət etmək;
- Sahədə keyfiyyət və təhlükəsizlik standartlarına, o cümlədən HSE tələblərinə riayət olunmasını təmin etmək;
- Sahədə yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək;
- Zəruri hallarda yaranmış texniki məsələləri Construction Manager və müvafiq texniki komandaya eskalasiya etmək;
- Rəhbərlik, Construction Manager, texniki ofis və dizayn komandası ilə gündəlik koordinasiyanı təmin etmək;
- Gündəlik, həftəlik və aylıq sahə hesabatlarını hazırlamaq və Construction Manager-ə təqdim etmək;
- Layihənin icra vəziyyəti, iş qrafiki, resurslar, keyfiyyət və sahədə yaranan problemlər barədə rəhbərliyə mütəmadi məlumat vermək;
- Layihənin təhvil-təslim prosesini koordinasiya etmək və yekun işlərin tələb olunan standartlara uyğun tamamlanmasını təmin etmək.
Namizədə tələblər
- Ali təhsil — inşaat mühəndisliyi, memarlıq və ya əlaqəli ixtisas;
- Fit-out və finishing layihələri üzrə minimum 5 il müvafiq iş təcrübəsi mütləqdir;
- Ən azı 3 il rəhbər vəzifədə, sahə idarəetməsi və komanda rəhbərliyi üzrə təcrübə mütləqdir;
- Böyük həcmli və kompleks fit-out layihələrinin sahədə idarə olunması üzrə sübut olunmuş praktiki təcrübə;
- Finishing works proseslərinin, xüsusilə memarlıq və interyer işlərinin sahədə idarə edilməsi üzrə geniş təcrübə;
- Subpodratçıların və işçi briqadalarının idarə edilməsi və koordinasiyası üzrə təcrübə;
- Memarlıq dizayn ofisi ilə işləmək, texniki detalları dəqiqləşdirmək və layihə qərarlarını sahədə tətbiq etmək bacarığı;
- Çertyojları, texniki spesifikasiyaları və layihə sənədlərini oxuma və düzgün şərh etmə bacarığı;
- İş qrafikinin idarə edilməsi və layihənin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı;
- Material, avadanlıq və işçi qüvvəsi daxil olmaqla sahə resurslarının effektiv idarə edilməsi üzrə təcrübə;
- Güclü liderlik, komanda idarəetməsi və qərar qəbul etmə bacarığı;
- Texniki və təşkilati problemləri operativ həll etmək bacarığı;
- Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları layihənin idarə edilməsi, planlaşdırma, hesabatların hazırlanması, məlumatların analizi və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
- Lüks və yüksək seqmentli obyektlərdə, xüsusilə hotel, villa və premium yaşayış layihələrində iş təcrübəsi üstünlükdür;
- Fit-out və finishing üzrə geniş və müxtəlif layihə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Site Manager – Fit-out & Finishing Works” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!