Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 13 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə Tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat sahəsi üzrə)
  • Yaş həddi:  25 – 45 yaş;
  • İş təcrübəsi: 3 – 5 il (Satış sahəsində təcrübə arzu olunandır);
  • Cins: Fərqi yoxdur;
  • Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək;
  • 1C və digər mühasibatlıq proqramlarında işləmək bacarığı;
  • Vergi qanunvericiliyini bilmək;
  • Məsuliyyətli və işində dəqiq;
  • Komandada işləmək və ünsiyyət bacarığı;
  • Təhlil və analiz etmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və  hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
  • Mal-materialların uçotunun aparılması;
  • İdxal  əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;

İş qrafiki:

  • Əmək haqqı: 1000-1500 Azn (Razılaşma əsasında);
  • Şirkət yeni fəaliyyətə başlayıb;
  • İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısa iş günüdür);
  • İş yeri: Bakı, Nərimanov rayonu, Yusif Vezir Çemenzeminli 48 E. 

Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Mühasib” başlığı yazmaqla göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly528
  • Monthly1099