Namizədə Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat sahəsi üzrə)
- Yaş həddi: 25 – 45 yaş;
- İş təcrübəsi: 3 – 5 il (Satış sahəsində təcrübə arzu olunandır);
- Cins: Fərqi yoxdur;
- Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək;
- 1C və digər mühasibatlıq proqramlarında işləmək bacarığı;
- Vergi qanunvericiliyini bilmək;
- Məsuliyyətli və işində dəqiq;
- Komandada işləmək və ünsiyyət bacarığı;
- Təhlil və analiz etmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
- Mal-materialların uçotunun aparılması;
- İdxal əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
İş qrafiki:
- Əmək haqqı: 1000-1500 Azn (Razılaşma əsasında);
- Şirkət yeni fəaliyyətə başlayıb;
- İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısa iş günüdür);
- İş yeri: Bakı, Nərimanov rayonu, Yusif Vezir Çemenzeminli 48 E.
Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Mühasib” başlığı yazmaqla göndərmələri xahiş olunur.