Vəzifə üzrə tələblər:
- Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində
- İş təcrübəsi: minimum 1-2 il
- Kompüter bacarıqları: MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmə bacarığı
- e-gov.az, e-taxes.gov.az, stat.gov.az dövlət platformaları, BTP proqramında işləmə bacarığı
- Vergi Məcəlləsi, Mühasibatlıq üzrə biliklər
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq sənədlərinin (qaimə-faktura, hesab-faktura, müqavilələr və s.) hazırlanması və uçotunun aparılması;
- ƏDV, ÖMV, DSMF, Statistika hesabatların hazırlanması və təqdim olunması;
- Vergi və digər dövlət qurumları ilə yazışmaların aparılması;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Pul vəsaitləri üzrə daxilolmaların işlənməsi və yerli ödənişlərin icrası;
- Elekton qaimələrin yoxlanılması və tərtib olunması;
- Gündəlik, həftəlik və aylıq daxili hesabatların hazırlanması;
- Rəhbərliyin mühasibatlığa dair digər tapşırıqlarının icrası;
İş şəraiti və şərtləri:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç 45, (Fizuli Residence)
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı: Müsahibə əsnasında müəyyənləşdiriləcək.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Mühasib” qeyd edərək CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.