M Medco Hospital Group
  • 1.5K

Medco Hospital Group

Səhiyyə

Ofis meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis meneceri

  • Deadline 13 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Ofisin gündəlik iş fəaliyyətinin təşkil və nəzarət edilməsi;
  • Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və göndərilən sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi;
  • Ofisin təmizliyi və texniki təchizatının işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Ofis ləvazimatlarının və ehtiyaclarının təmin olunması;
  • İşçilərin ehtiyaclarına uyğun texniki və inzibati dəstəyin göstərilməsi;
  • Qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında və dəqiq icrası, icra vəziyyəti ilə bağlı hesabatların təqdim olunması;
  • Görüşlərin təşkili və təqvimin idarə olunması;
  • Yazışmaların aparılması (e-mail, rəsmi məktublar və s.);
  • Mühüm məlumatların konfidensial şəkildə saxlanılması;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsinin olması arzuolunandır;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, ingilis və rus dilini bilməsi arzuolunandır;
  • MS Office proqramları ilə sərbəst işləmə bacarığı; 
  • Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları; 
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;

Təklif edirik:

  • Peşəkar və mehriban kollektiv;
  • Karyera inkişafı imkanı;
  • Stabil iş mühiti;
  • İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Korporativ təlimlərdə iştirak;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç 45, (Fizuli Residence)
  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;

Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Ofis meneceri” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily1
  • Weekly460
  • Monthly2206