M Medco Hospital Group

Medco Hospital Group

Healthcare

Onlayn tibbi consultant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Onlayn tibbi consultant

  • Deadline 4 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikaya Onlayn tibbi consultant vakansiyası üzrə iş imkanları təklif edirik.

Vəzifə öhdəlikləri:

  • Onlayn platformalarda pasiyentlərə ilkin tibbi konsultasiya təqdim etmək(sayt, mobil tətbiq, sosial media, chatbot və s.);
  • Onlayn pasiyent suallarına elmi əsaslara uyğun, ehtiyac halında alternativli cavab vermək;
  • Müayinə və əməliyyat detalları barədə bilgi vermək;
  • Bütün kanallar vasitəsi ilə daxil olan tibbi müraciətləri cavablandırmaq və sistemə düzgün şəkildə daxil etmək;
  • Tibbi şikayətləri e-konsultasiya formatında qəbul etmək və əlavə araşdırma tələb etdiyi halda uyğun komandaya yönləndirmək;
  • Tibbi məzmunun hazırlanmasında iştirak etmək;
  • Pasiyentlərlə canlı sessiyalarda iştirak etmək(Instagram Live, Zoom və s.);
  • Müştəri xidmətləri standartlarına uyğun xidmət göstərmək;
  • Mövcud xidmətlərin inkişafı üçün təkliflər vermək.

Namizəddən tələblər:

  • Ali Tibbi təhsil
  • Xəstəxana və ya pasiyentlərlə iş sahəsində (VIP, sığorta, poliklinika və s.) minimum 2 il təcrübə;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət;
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmə;
  • Tibbi qeydiyyat və informasiya sistemlərində işləmə bacarığı;
  • Tibbi terminologiyanı orta səviyyədə bilmək arzuolunandır;
  • CRM və daxili proqram təminatlarında təcrübə – üstünlükdür;
  • Yüksək ünsiyyət, analitik düşüncə, empatiya və nəzakətli davranış bacarığı;
  • Səbirli, stressə davamlı, təşəbbüskar, nəticə yönümlü və etibarlı yanaşma;
  • Komandada işləmə bacarığı;
  • Növbəli iş rejimində işləmək imkanı.

Təklif edirik:

  • Rəqabətli əmək haqqı;
  • Gənc və peşəkar komanda;
  • Karyera yüksəlişi imkanları;
  • Korporativ təlim imkanları;

İş şəraiti:

  • İş yeri: Batıgöz klinikası (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 75A)
  • İş qrafiki: 6 günlük 
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq vəzifə və əmək haqqı kateqoriyası müəyyən olunacaq;

Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “Onlayn tibbi consultant” qeyd edərək Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına CV göndərə bilər. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily6
  • Weekly570
  • Monthly1284