Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikaya Onlayn tibbi consultant vakansiyası üzrə iş imkanları təklif edirik.
Vəzifə öhdəlikləri:
- Onlayn platformalarda pasiyentlərə ilkin tibbi konsultasiya təqdim etmək(sayt, mobil tətbiq, sosial media, chatbot və s.);
- Onlayn pasiyent suallarına elmi əsaslara uyğun, ehtiyac halında alternativli cavab vermək;
- Müayinə və əməliyyat detalları barədə bilgi vermək;
- Bütün kanallar vasitəsi ilə daxil olan tibbi müraciətləri cavablandırmaq və sistemə düzgün şəkildə daxil etmək;
- Tibbi şikayətləri e-konsultasiya formatında qəbul etmək və əlavə araşdırma tələb etdiyi halda uyğun komandaya yönləndirmək;
- Tibbi məzmunun hazırlanmasında iştirak etmək;
- Pasiyentlərlə canlı sessiyalarda iştirak etmək(Instagram Live, Zoom və s.);
- Müştəri xidmətləri standartlarına uyğun xidmət göstərmək;
- Mövcud xidmətlərin inkişafı üçün təkliflər vermək.
Namizəddən tələblər:
- Ali Tibbi təhsil
- Xəstəxana və ya pasiyentlərlə iş sahəsində (VIP, sığorta, poliklinika və s.) minimum 2 il təcrübə;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmə;
- Tibbi qeydiyyat və informasiya sistemlərində işləmə bacarığı;
- Tibbi terminologiyanı orta səviyyədə bilmək arzuolunandır;
- CRM və daxili proqram təminatlarında təcrübə – üstünlükdür;
- Yüksək ünsiyyət, analitik düşüncə, empatiya və nəzakətli davranış bacarığı;
- Səbirli, stressə davamlı, təşəbbüskar, nəticə yönümlü və etibarlı yanaşma;
- Komandada işləmə bacarığı;
- Növbəli iş rejimində işləmək imkanı.
Təklif edirik:
- Rəqabətli əmək haqqı;
- Gənc və peşəkar komanda;
- Karyera yüksəlişi imkanları;
- Korporativ təlim imkanları;
İş şəraiti:
- İş yeri: Batıgöz klinikası (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 75A)
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq vəzifə və əmək haqqı kateqoriyası müəyyən olunacaq;
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “Onlayn tibbi consultant” qeyd edərək Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına CV göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.