İş yeri: Dəniz neft-qaz platformaları
İş qrafiki: Növbəli
MediClub Klinikası dəniz neft-qaz obyektlərində həyata keçirilən tibbi xidmət layihəsi çərçivəsində peşəkar, məsuliyyətli və təcili tibbi yardım sahəsində praktik bacarıqlara malik feldşerləri komandamıza qoşulmağa dəvət edir.
Namizədlərə əsas tələblər
- Müvafiq feldşer ixtisası üzrə orta ixtisas tibb təhsili və diplom;
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş qüvvədə olan sertifikasiya şəhadətnaməsi;
- Təcili tibbi yardım, reanimasiya və ya istehsalat obyektlərində tibbi xidmət sahəsində praktik təcrübə;
- Ürək-ağciyər reanimasiyası (CPR), ilkin və təkmilləşdirilmiş təcili yardım prinsipləri üzrə bilik və bacarıqlar;
- Təcili tibbi vəziyyətlərdə operativ qərarvermə və komanda şəklində işləmək bacarığı;
- Dəniz şəraitində rotasiya rejimində işləməyə fiziki və psixoloji hazırlıq;
- Tibbi sənədləşmə, hesabatlılıq və peşə etikası qaydalarına riayət etmək.
Əsas vəzifə öhdəlikləri
- Dəniz platformasında çalışan əməkdaşlara ilkin və təcili tibbi yardım göstərilməsi;
- Kəskin koronar sindrom, ürək dayanması, tənəffüs çatışmazlığı, travmalar, yanıqlar və digər təxirəsalınmaz hallarda ilkin qiymətləndirmə və səlahiyyətləri çərçivəsində müdaxilə;
- CPR, AED və oksigen terapiyası üzrə müvafiq protokolların tətbiqi;
- Pasiyentlərin həyati göstəricilərinin monitorinqi və vəziyyətlərinin dinamik qiymətləndirilməsi;
- Təcili tibbi təxliyə (MEDEVAC) zamanı pasiyentin stabilləşdirilməsi və təxliyəyə hazırlanması;
- Tibbi məntəqədə dərman vasitələrinin, tibbi avadanlıqların və təcili yardım çantalarının daim istifadəyə hazır saxlanılması;
- Tibbi müraciətlərin, görülmüş müdaxilələrin və gündəlik fəaliyyətin sənədləşdirilməsi;
- İstehsalatda sağlamlıq və təhlükəsizlik (HSE) qaydalarına riayət edilməsi, fövqəladə hallara hazırlıq tədbirlərində iştirak.
Üstünlük veriləcək əlavə kvalifikasiyalar
- Offshore və ya sənaye təbabəti sahəsində iş təcrübəsi;
- BLS, ACLS və ya digər beynəlxalq təcili tibbi yardım təlimləri üzrə qüvvədə olan sertifikatlar;
- BOSIET və müvafiq dəniz təhlükəsizliyi təlimləri üzrə sertifikatlar;
İş şəraiti
- Dəniz platformasında rotasiya prinsipi əsasında növbəli iş rejimi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əməkhaqqı və digər təminatlar müsahibə zamanı müzakirə olunacaq.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə CV-lərini, təhsil diplomlarını, qüvvədə olan sertifikasiya şəhadətnamələrini və mövcud əlavə peşə sertifikatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.