Təcili yardım sahəsi üzrə həkim

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təcili yardım sahəsi üzrə həkim

  • Deadline 19 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

MediClub klinikasına Təcili yardım sahəsində təcrübəsi olan həkimlər tələb olunur 

Əmək funksiyası:

  • Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardımın göstərilməsi;
  • Xəstənin stabilizasiyası və tələb olunan hallarda xəstəxanaya tibbi evakuasiyanın təşkili;
  • Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi və s.

Bilməlidir:

  • Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını;
  • Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
  • Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s.

Vəzifəyə qoyulan tələblər:

  • Ali tibbi təhsil; 
  • Tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
  • Səlis Azərbaycan dili biliyi. Rus və İngilis dili biliyi üstünlükdür.
  • Təcili yardım sahəsində ən azı 3 il təcrübəsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Növbəli iş rejimi;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1250-1955 Azn arası təyin edilir. 

Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. 

  • Daily0
  • Weekly0
  • Monthly1889