MediClub klinikasına Xəzinədar (Kassir) tələb olunur
İş haqqında məlumat:
- Nağd və qeyri-nağd əməliyyatların dəqiq və düzgün aparılması;
- Kassa aparatının, POS–terminal və digər ödəniş vasitələrinin düzgün istismarı;
- Gündəlik kassa hesabatlarının hazırlanması və müvafiq qaydada təqdim edilməsi;
- Daxili qaydalara və maliyyə intizamına riayət olunması;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkili və s.
Vəzifəyə qoyulan tələblər:
- Mühasibatlıq və yaxud maliyyə üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili,
- Qeyd olunan vəzifə üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarınının biliyi;
- Microsoft Office proqramlarında işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
- 6 günlük iş rejimi;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 500-700 Azn arası təyin edilir.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.