İş yeri: Bakı şəhəri
Medicom Ortez və Protez Mərkəzi yüksək xidmət standartlarına uyğun olaraq komandamıza peşəkar, nəzakətli və təqdimat bacarığı yüksək olan Qeydiyyatçı dəvət edir.
Vəzifə öhdəlikləri:
- Pasiyentlərin nəzakətlə qarşılanması və düzgün istiqamətləndirilməsi
- Daxil olan telefon zənglərinin peşəkar şəkildə cavablandırılması
- Qeydiyyat və sənədləşmə proseslərinin dəqiq və səliqəli aparılması
- Pasiyent qəbulunun vaxt üzrə effektiv təşkili və koordinasiyası
- Yüksək səviyyədə pasiyent məmnuniyyətinin təmin olunması
Tələblər:
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili üstünlükdür)
- Yüksək ünsiyyət, təqdimat və etik davranış bacarığı
- Təqdimat standartlarına uyğun görünüş
- Məsuliyyətli, diqqətli və dəqiq iş prinsipi
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Müvafiq sahədə iş təcrübəsi üstünlük hesab olunur
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir
- Peşəkar və dəstəkləyici iş mühiti
- Karyera və inkişaf perspektivləri
Müraciət:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 0552176639