Medicom Orthopedy komandamıza məsuliyyətli və öyrənməyə həvəsli Ortoped Texnik Köməkçisi axtarır.
Vəzifə öhdəlikləri:
- Ortoped texnikə gündəlik iş prosesində kömək etmək;
- Ortez və protezlərin hazırlanması prosesində iştirak etmək;
- Materialların hazırlanması və iş sahəsinin səliqəli saxlanılmasını təmin etmək;
- Pasiyentlərin qəbul və ölçü prosesində texnikə dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
- Fiziki işləməyə uyğun olmaq;
- Tibbi sahədə və ya texniki iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək (təcrübə mütləq deyil).
Biz təklif edirik:
- Peşəkar və mehriban kollektiv;
- Praktiki təlim və inkişaf imkanı;
- Müasir texnologiyalarla işləmək imkanı;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əməkhaqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
Xarici ölkədə təlim və işləmək imkanı.
İş yeri: Medicom Orthopedy
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 055 100 69 75 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərlər.