Səhiyyə sektorunda fəaliyyət göstərən komandamıza tibbi avadanlıqların satınalma və təchizat proseslərini idarə edə biləcək məsuliyyətli və analitik düşüncəli əməkdaş axtarırıq.
Əsas vəzifələr:
- Tibbi avadanlıq və sərf materialları üzrə təchizat prosesinin idarə olunması
- Yerli və xarici təchizatçılarla kommunikasiya və qiymət danışıqları
- Kommersiya təkliflərinin toplanması və müqayisəli analizlərin aparılması
- Satınalma sənədlərinin hazırlanması və sifarişlərin izlənilməsi
- Logistika və çatdırılma prosesinə nəzarət
- Bazar araşdırması və alternativ təchizatçıların müəyyən edilməsi
Tələblər:
- Təchizat / satınalma sahəsində təcrübə
- Tibbi avadanlıq sahəsində təcrübə üstünlükdür
- İngilis,Rus dili biliyi (yazılı və şifahi)
- MS Office proqramlarında işləmə bacarığı
- Analitik düşüncə və güclü kommunikasiya bacarıqları
- Danışıqlar aparmaq və proses idarəetmə qabiliyyəti
Biz təklif edirik:
- Dinamik və peşəkar iş mühiti
- Karyera inkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Beynəlxalq tərəfdaşlarla işləmək imkanı
Ünvan - Bakı, Azərbaycan (Full-time)
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Procurement Specialist” başlığı ilə göndərə bilərsiniz.