Mega Insurance Mega Insurance
  • 447

Mega Insurance

Sığorta

Həkim- koordinator

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Həkim- koordinator

  • Deadline 22 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

"Meqa Sığorta" ASC Tibbi sığorta departamentinə yeni komanda üzvlərini dəvət edir.

Namizədlərə olan tələblər:

  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Müştəri ilə ünsiyyət qurmaq, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda işi, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.
  • Təhsil: Ali Tibbi (stomatologiya istisna olmaqla).
  • İş təcrübəsi: Tibbi sığorta və ya səhiyyə müəssisələrində ən azı 1 il iş təcrübəsi üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. İngilis dili: arzuolunandır.
  • Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.

Əsas vəzifə öhdəlikləri:

  • Sığortalıların müraciətlərini qəbul etmək və ilkin tibbi ekspertiza aparmaq.
  • Müayinə və müalicəni tibbi proqrama uyğun təşkil etmək.
  • Sığortalıları müvafiq həkimlərə və ya apteklərə yönləndirmək.
  • Təcili və planlı tibbi yardımın koordinasiyasını həyata keçirmək.
  • Sığortalıların müraciət və nəticələrinin uçotunu aparmaq və hesabatlar tərtib etmək.
  • Müştərilərə tibbi sığorta xidmətləri haqqında ətraflı məlumat vermək və müştəri məmnuniyyətini qorumaq.
  • Vəzifə təlimatına uyğun digər xidməti vəzifələri icra etmək.

Əmək şəraiti və şərtləri:

  • İş Qrafiki: Gündəlik 7 saatdan ibarət 6 günlük iş həftəsi (şənbə yarım gün). İstirahət günü: Bazar. Aylıq iş qrafikində dövlət tərəfindən elan olunan bayram və qeyri-iş günlərinə təsadüf edən iş günləri üçün işçinin arzusu ilə əvəzgün istirahət günü verilir və ya əlavə ödəniş həyata keçirilir.
  • İllik əsas məzuniyyət hüququ: 30 gün, əlavə məzuniyyət hüququ qanunvericiliyə uyğun.
  • Əmək Haqqı: Əmək müqaviləsi ilə müəyyən olunur, namizədin təcrübə və səriştəsinə uyğun.

Əlavə üstünlüklər:

  • Tibbi sığorta təminatı.
  • "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında təlim almaq imkanı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək imkanı (Push30.az xidməti).

Müraciət forması: Zəhmət olmasa CV-nizi "Həkim-koordinator" mövzusu ilə e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Günlük0
  • Həftəlik0
  • Aylıq1395