Ünvan - Bakı, Azərbaycan / Tam ştat
Vəzifə öhdəlikləri
- Ofisin gündəlik fəaliyyətinin effektiv şəkildə idarə olunması və koordinasiyası.
- Şirkətdaxili sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinə nəzarət.
- Görüşlərin, iclasların və tədbirlərin təşkili və koordinasiyası.
- Telefon zənglərinin cavablandırılması, e-mail yazışmalarının idarə olunması və müştərilərlə operativ əlaqənin qurulması.
- İşçi heyətinin inzibati məsələlərinin idarə olunması və dəstəklənməsi.
- Ofis ehtiyatlarının və ləvazimatlarının təmin olunmasına nəzarət.
- Müvafiq hesabatların və məlumatların rəhbərliyə təqdim edilməsi.
- Ofis avadanlıqlarının, texnologiyalarının və texniki vasitələrin işlək vəziyyətdə saxlanılmasına nəzarət.
- Ofisdaxili IT avadanlıqlarının (kompüter, printer, internet şəbəkəsi və s.) işlək vəziyyətinin izlənilməsi və yaranan texniki problemlərin həlli üçün koordinasiyanın təmin edilməsi.
- Ofisdaxili təmir, texniki xidmət və inzibati işlərə nəzarət.
- Gələn qonaqların yüksək səviyyədə qarşılanması və görüşlərin təşkili.
- Rəhbərliyin verdiyi inzibati tapşırıqların vaxtında və düzgün icra olunması.
- Şirkət daxilində iş proseslərinin nizam-intizamlı şəkildə təşkilinə dəstək göstərilməsi.
Tələblər
- Təhsil: Ali təhsil.
- Cins: Kişi
- Yaş: 22-28
- Ofis menecerliyi, inzibati idarəetmə və ya uyğun sahədə minimum 1–2 il iş təcrübəsi.
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları.
- Liderlik və komandada işləmək qabiliyyəti.
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı.
- Ofis texnikası və inzibati proseslər üzrə baza bilikləri.
- Detallara diqqət və məsuliyyətlilik.
- Operativ qərarvermə və problem həll etmə bacarığı.
- Stress altında işləmək və vaxtın düzgün idarə olunması bacarığı.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
- İngilis və/və ya rus dili biliyi üstünlük hesab olunur.
- Korporativ davranış qaydalarına uyğun peşəkar ünsiyyət bacarığı.
- Məxfi məlumatlarla işləmək və məlumat təhlükəsizliyinə riayət etmək bacarığı.
Biz nə təklif edirik
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Dinamik, texnologiya yönümlü komanda mühiti
- Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, elektron poçt ünvanına Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.