MegaSec MegaSec
  • 225

MegaSec

IT

Vendorların İdarə Olunması üzrə Aparıcı Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vendorların İdarə Olunması üzrə Aparıcı Mütəxəssis

  • Deadline 14 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin məqsədi: Şirkətin məhsul və xidmət təchizatçıları ilə əməkdaşlığını effektiv şəkildə qurmaq, müqavilələrin idarə olunması, vendor performansının monitorinqi və yeni tərəfdaşlıqların yaradılmasını təmin etmək.

Əsas Vəzifə Öhdəlikləri:

  • Yerli və beynəlxalq vendorlarla partnyorluq əlaqələrinin idarə olunması ;
  • Mövcud vendor müqavilələrinin və lisenziyaların izlənilməsi, yenilənməsi və uyğunluğunun təmin edilməsi ;
  • Yeni vendorların seçilməsi, ilkin qiymətləndirilməsi və müqavilələndirilməsi proseslərinin həyata keçirilməsi ;
  • Vendor qiymət təkliflərinin toplanması, müqayisə olunması və ən uyğun təkliflərin seçilməsi ;
  • Kommersiya təkliflərinin hazırlanması üçün əlaqəli komandalarla koordinasiya ;
  • Vendorlarla texniki və kommersiya görüşlərinin təşkili və iştirak ;
  • Təchizat, çatdırılma və dəstək müddətlərinin izlənməsi ;
  • Vendor performansının qiymətləndirilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması ;
  • Tərəfdaşlıq proqramları, sertifikatlaşdırma və endirim imkanlarının izlənməsi və aktiv şəkildə istifadə olunması.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • İqtisadiyyat, Biznesin idarə olunması, İT və ya əlaqəli sahədə ali təhsil ;
  • Minimum 2 il vendor idarəçiliyi, satınalma və ya biznes tərəfdaşlığı sahəsində təcrübə (İT və kibertəhlükəsizlik sahəsində üstünlükdür) ;
  • Beynəlxalq vendorlarla yazışma və müqavilə danışıqları aparmaq bacarığı ;
  • Texniki məhsullar və xidmətlər barədə ümumi anlayış (məsələn, SIEM, Firewall, Endpoint Security, DLP və s.) ;
  • Analitik düşüncə, müqavilə şərtlərinin təhlili və risklərin qiymətləndirilməsi bacarığı ;
  • Azərbaycan və İngilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili üstünlükdür) ;
  • Güclü təqdimat və danışıqlar bacarığı, təşkilatçılıq və detallara diqqət .

Əlavə üstünlüklər:

  • Vendor menecment üzrə beynəlxalq təlimlərdə iştirak və ya sertifikatlar (məsələn: ITIL, PMP, ISO 27001 Awareness və s.) ;
  • Texniki satış və ya məhsul menecmenti təcrübəsi ;
  • Hökumət və ya korporativ layihələrdə vendor əlaqələrinin idarəsində təcrübə ;
  • Tender və satınalma prosesləri ilə bağlı biliklər.

Şərtlər:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əməkhaqqı - Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.

Qeyd: Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. 

  • Daily148
  • Weekly653
  • Monthly1404