İşin məqsədi: Şirkətin məhsul və xidmət təchizatçıları ilə əməkdaşlığını effektiv şəkildə qurmaq, müqavilələrin idarə olunması, vendor performansının monitorinqi və yeni tərəfdaşlıqların yaradılmasını təmin etmək.
Əsas Vəzifə Öhdəlikləri:
- Yerli və beynəlxalq vendorlarla partnyorluq əlaqələrinin idarə olunması ;
- Mövcud vendor müqavilələrinin və lisenziyaların izlənilməsi, yenilənməsi və uyğunluğunun təmin edilməsi ;
- Yeni vendorların seçilməsi, ilkin qiymətləndirilməsi və müqavilələndirilməsi proseslərinin həyata keçirilməsi ;
- Vendor qiymət təkliflərinin toplanması, müqayisə olunması və ən uyğun təkliflərin seçilməsi ;
- Kommersiya təkliflərinin hazırlanması üçün əlaqəli komandalarla koordinasiya ;
- Vendorlarla texniki və kommersiya görüşlərinin təşkili və iştirak ;
- Təchizat, çatdırılma və dəstək müddətlərinin izlənməsi ;
- Vendor performansının qiymətləndirilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması ;
- Tərəfdaşlıq proqramları, sertifikatlaşdırma və endirim imkanlarının izlənməsi və aktiv şəkildə istifadə olunması.
Tələb Olunan Bilik və Bacarıqlar:
- İqtisadiyyat, Biznesin idarə olunması, İT və ya əlaqəli sahədə ali təhsil ;
- Minimum 2 il vendor idarəçiliyi, satınalma və ya biznes tərəfdaşlığı sahəsində təcrübə (İT və kibertəhlükəsizlik sahəsində üstünlükdür) ;
- Beynəlxalq vendorlarla yazışma və müqavilə danışıqları aparmaq bacarığı ;
- Texniki məhsullar və xidmətlər barədə ümumi anlayış (məsələn, SIEM, Firewall, Endpoint Security, DLP və s.) ;
- Analitik düşüncə, müqavilə şərtlərinin təhlili və risklərin qiymətləndirilməsi bacarığı ;
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili üstünlükdür) ;
- Güclü təqdimat və danışıqlar bacarığı, təşkilatçılıq və detallara diqqət .
Əlavə üstünlüklər:
- Vendor menecment üzrə beynəlxalq təlimlərdə iştirak və ya sertifikatlar (məsələn: ITIL, PMP, ISO 27001 Awareness və s.) ;
- Texniki satış və ya məhsul menecmenti təcrübəsi ;
- Hökumət və ya korporativ layihələrdə vendor əlaqələrinin idarəsində təcrübə ;
- Tender və satınalma prosesləri ilə bağlı biliklər.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı - Əməkhaqqı namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.
Qeyd: Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.