Melissa Group Melissa Group
  • 315

Melissa Group

Tikinti

Bağban

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bağban

  • Deadline 15 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
  • İş yeri: “Melissa Group” (Yaşayış kompleksləri)

İşin Təsviri:

  • Təhkim olunduğu binaların həyətyanı sahələrində və daxilində olan bitkilərə qulluq;
  • Ağacların, kolların, gül bitkilərinin əkilməsi;
  • Ağacların düzgün budanması, xəstəlik və zərərvericilərdən qorunması, gübrələmə, dərmanlama və vitaminlərlə təmin olunması;
  • Bina həyətlərinin estetik və funksional görünüşünü təmin etmək məqsədilə landşaft dizaynının təşkili və həyata keçirilməsi;
  • Qazonların düzgün əkilməsi, suvarılması və torpağın bellenməsi daxil olmaqla, bitkilərin sağlam inkişafı üçün mütəmadi qulluq;
  • Qurumuş ağac və kolların çıxarılması, qazonların biçilməsi, bitkilərin budanması, sahələrin yarpaqlardan və biçilmiş otlardan təmizlənməsi.

Namizədə Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Təhlükəsiz iş yerinin yaradılması və iş prosedurları üzrə əsas biliklər;
  • Alət və avadanlıqlar ilə işləmək bacarıqları;
  • Bitkilər üçün nəzərdə tutulan kimyəvi vasitələr haqqında məlumat;
  • Ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və kimyəvi vasitələrin növləri, onların tətbiq üsulları, bağ-bostan alət və avadanlıqların istifadə qaydaları haqqında biliklər.

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Bağban” qeyd edərək,
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly591
  • Monthly1587