Baş mühasib

  • Истекает 12 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əmək haqqı: 2500-3000 AZN
  • İş yeri: Melissa Group-a daxil olan şirkətlərdən biri

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq şöbəsinin fəaliyyətinə rəhbərlik etmək.
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılmasını təşkil etmək.
  • Mühasibat uçotu üzrə normativ-hüquqi aktlara, milli və beynəlxalq mühasibat standartlarına uyğunluğu təmin etmək.
  • Pul vəsaitlərinin hərəkətinə nəzarət (kassa, bank hesabları, tranzit hesablar).
  • Strateji və əməliyyat planlarına uyğun illik büdcə proqnozlarının hazırlanması;
  • Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarının (ƏDV, mənfəət vergisi və s.) hazırlanması və təqdim edilməsində istirak və nəzarət.
  • Faktiki büdcə ilə xərclərin fərqinə baxılması, büdcədən kənara çıxmamaq üçün təkliflərin verilməsi;
  • Bütün xərclərə nəzarət edilməsi və hesabatın rəhbərliyə təqdim edilməsi;
  • Xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
  • Hesabatların dövri və illik hazırlanmasında iştirak edilməsi;
  • Audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işlərin həyata keçirilməsi;
  • Proqnoz hesabatların hazırlanması;
  • Pul vəsaitlərinin hərəkətinə və ödənişlərə nəzarət və icra etmək;
  • Xərclərin, debitor borcların,çatızmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
  • Vergi mühasibatlığı ilə bağlı məsələlərin həllində iştirak etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və Maliyyə ixtisası üzrə);
  • Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək;
  • Müvafiq  vəzifədə 3 ildən artq iş stajı;
  • Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
  • Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
  • 1C 8.2 və 8.3 proqramlarında işləmək bacarığı mütləqdir;
  • ACCA (F3, F7), PMS və ya digər yerli/beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
  • Komandada işləmə bacarığı;
  • 28-50 yaş arası namizədlər.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Baş mühasib" başlığı ilə göndərməyiniz  xahiş olunur. 

  • Daily0
  • Weekly140
  • Monthly540