İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əmək haqqı: 2500-3000 AZN
- İş yeri: Melissa Group-a daxil olan şirkətlərdən biri
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq şöbəsinin fəaliyyətinə rəhbərlik etmək.
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılmasını təşkil etmək.
- Mühasibat uçotu üzrə normativ-hüquqi aktlara, milli və beynəlxalq mühasibat standartlarına uyğunluğu təmin etmək.
- Pul vəsaitlərinin hərəkətinə nəzarət (kassa, bank hesabları, tranzit hesablar).
- Strateji və əməliyyat planlarına uyğun illik büdcə proqnozlarının hazırlanması;
- Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarının (ƏDV, mənfəət vergisi və s.) hazırlanması və təqdim edilməsində istirak və nəzarət.
- Faktiki büdcə ilə xərclərin fərqinə baxılması, büdcədən kənara çıxmamaq üçün təkliflərin verilməsi;
- Bütün xərclərə nəzarət edilməsi və hesabatın rəhbərliyə təqdim edilməsi;
- Xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
- Hesabatların dövri və illik hazırlanmasında iştirak edilməsi;
- Audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işlərin həyata keçirilməsi;
- Proqnoz hesabatların hazırlanması;
- Pul vəsaitlərinin hərəkətinə və ödənişlərə nəzarət və icra etmək;
- Xərclərin, debitor borcların,çatızmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Vergi mühasibatlığı ilə bağlı məsələlərin həllində iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və Maliyyə ixtisası üzrə);
- Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək;
- Müvafiq vəzifədə 3 ildən artq iş stajı;
- Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
- Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
- 1C 8.2 və 8.3 proqramlarında işləmək bacarığı mütləqdir;
- ACCA (F3, F7), PMS və ya digər yerli/beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
- Komandada işləmə bacarığı;
- 28-50 yaş arası namizədlər.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Baş mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.