Vəzifə öhdəlikləri
- Marketlərdə daxili nəzarət və təftiş yoxlamalarının həyata keçirilməsi;
- Mağaza daxili əməliyyatların daxili qayda və prosedurlara uyğunluğunun yoxlanılması;
- Kassa əməliyyatlarının, satış hesabatlarının və pul dövriyyəsinin yoxlanılması;
- Mal qəbulu, anbar uçotu, inventarizasiya, qaytarma və silinmə proseslərinə nəzarət;
- Satınalma proseslərinin, təchizatçı müqavilələrinin və müvafiq sənədlərin yoxlanılması;
- Mal və pul vəsaitləri üzrə çatışmazlıqların, uyğunsuzluqların və mümkün sui-istifadə hallarının araşdırılması;
- Aşkar edilmiş nöqsanlar üzrə hesabatların hazırlanması və aradan qaldırılması üçün təkliflərin verilməsi;
- Yoxlama nəticələrinin Audit departamentinin rəhbərliyinə təqdim edilməsi.
- Təhvil təslim zamanı marketdə sayım prosesinin təşkili, nəzarəti, ortaya çıxan fərqlərin araşdırılması
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Daxili audit, daxili nəzarət, təftiş və ya pərakəndə ticarət əməliyyatları üzrə minimum 2 il iş təcrübəsi;
- Marketlər şəbəkəsində əməliyyat və maliyyə prosesləri haqqında praktiki biliklər
- Kassa əməliyyatları, mal qəbulu, anbar uçotu və inventarizasiya proseslərini yoxlamaq bacarığı;
- Satınalma müqavilələrini, hesab-fakturaları və digər ilkin uçot sənədlərini təhlil etmək bacarığı;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- ERP, 1C və digər uçot sistemləri ilə iş təcrübəsi üstünlükdür;
- Analitik düşünmə, araşdırma, uyğunsuzluqları müəyyən etmə və hesabat hazırlama bacarığı;
- Obyektivlik, prinsipiallıq, dürüstlük, məxfilik və yüksək məsuliyyət hiss
Digər qeydlər:
- İş günləri: Həftədə 5 gün
- Əməkhaqqı: 1000 AZN + bonus
CV-nizi və portfolionuzu "Daxili nəzarət və təftiş üzrə mütəxəssis" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.