Vəzifə öhdəlikləri
- Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi;
- İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət;
- İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması;
- İR büdcəsinin tərtib olunması və icrasının izlənməsi;
- Şirkət strukturunun formalaşdırılması və optimal idarə olunması;
- İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması;
- İş analizlərinin təşkili və həyata keçirilməsi;
- Vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsi;
- Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi;
- İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması;
- Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi;
- Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək, inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək;
- Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi.
- Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili.
- Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması.
- Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla).
- İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi.
- Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.
Namizədə bağlı tələblər
- Ali təhsil
- Yaş: 21-35
- Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər
- Azərbaycan və Rus dillərində səlis danışıq, İngilis dili biliyi üstünlükdür
- 1C və ya digər MS proqramlarında işləmək bacarığı
- MS Excel (pivot table, formullar və s.) bilikləri
- Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır
- Məxfilik prinsiplərinə riayət etmə
Əlavə qeydlər:
- İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar günləri istirahət günləridir)
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
CV-lərinizi "İnsan Resursları şöbəsinin rəhbəri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Qeyd: Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.