Melissa Group Melissa Group
  • 759

Melissa Group

Tikinti

İnsan Resursları şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları şöbəsinin rəhbəri

  • Deadline 11 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi;
  • İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət;
  • İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması;
  • İR büdcəsinin tərtib olunması və icrasının izlənməsi;
  • Şirkət strukturunun formalaşdırılması və optimal idarə olunması;
  • İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması;
  • İş analizlərinin təşkili və həyata keçirilməsi;
  • Vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi;
  • İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması;
  • Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi;
  • Şirkət səviyyəsində təlim ehtiyaclarının analizini həyata keçirmək, inkişaf planlarını hazırlamaq və icrasını təmin etmək;
  • Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi.
  • Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili.
  • Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması.
  • Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla).
  • İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi.
  • Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.

Namizədə bağlı tələblər

  • Ali təhsil
  • Yaş: 21-35
  • Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər
  • Azərbaycan və Rus dillərində səlis danışıq,  İngilis dili biliyi üstünlükdür
  • 1C və ya digər MS proqramlarında işləmək bacarığı
  • MS Excel (pivot table, formullar və s.) bilikləri
  • Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik 
  • Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır
  • Məxfilik prinsiplərinə riayət etmə

Əlavə qeydlər:

  • İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar günləri istirahət günləridir)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq

CV-lərinizi "İnsan Resursları şöbəsinin rəhbəri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

Qeyd: Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

  • Daily81
  • Weekly517
  • Monthly1088