İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi
İşin Təsviri:
- Marketinq strategiyasının icrasında iştirak etmək və gündəlik fəaliyyətlərin həyata keçirilməsi;
- Rəqəmsal marketinq, sosial media və reklam kampaniyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn və s.) aktivliyin təmin edilməsi, məzmun planının hazırlanması və icrası;
- Reklam və promo materiallarının hazırlanması üçün agentliklər və tədarükçülərlə əməkdaşlıq etmək;
- Bazar araşdırmalarının aparılması, rəqib analizlərinin hazırlanması və nəticələrin təqdim edilməsi;
- Satış komandası ilə sıx əməkdaşlıq edərək marketinq dəstəyinin təmin edilməsi;
- Şirkətin PR fəaliyyətlərində və tədbirlərin təşkilində iştirak etmək;
- Müxtəlif marketinq layihələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- SEO və SEM fəaliyyətlərinin dəstəklənməsi, rəqəmsal reklamların performansının izlənilməsi;
- Müştəri münasibətlərinin gücləndirilməsi üçün müxtəlif kommunikasiya kanallarının effektiv istifadəsi.
Namizədə Tələblər:
- Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər;
- Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə;
- Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti;
- Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür;
- Tikinti sahəsində marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd edərək, elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.