Melissa Group Melissa Group
  • 176

Melissa Group

Tikinti

Memar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Memar

  • Deadline 4 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: 1200-1500 AZN
  • İş yeri: “Melissa Group” (Baş ofis)

Vəzifə öhdəlikləri

  • Memarlıq konsepsiyalarını və dizayn təkliflərini ilkin ideyadan yekun təqdimata qədər inkişaf etdirmək;
  • Təqdimatları və layihə təsdiqləri üçün 3D modellər və vizuallaşdırmalar hazırlamaq;
  • Dizayn niyyətini çatdırmaq üçün eskizlər, diaqramlar və konseptual planlar hazırlamaq;
  • İşçi planlar, texniki detallar və tikinti sənədləri hazırlamaq;
  • Mühəndislər, məsləhətçilər və podratçılar ilə dizayn və mühəndisi koordinasiyasında iştirak etmək;
  • Material seçimi, fasad tədqiqatları və sahə planlaşdırılmasında dəstək göstərmək;
  • Layihə gedişatını izləmək və dizayn uyğunluğunu təmin etmək üçün sahə ziyarətləri həyata keçirmək.

Vəzifə ilə bağlı tələblər

  • Müvafiq  vəzifədə 3 ildən artq tikintidə iş stajı;
  • Ali təhsil (İnterier dizayn və ya şəhərsalma ixtisası üzrə diplomlara malik namizədlər nəzərə alınmayacaq. Bu sahələrdə magistr dərəcəsi üstünlük kimi qiymətləndiriləcək);
  • Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
  • AutoCAD, SketchUp, Adobe Photoshop, Enscape / V-Ray / Lumion, Google Earth Pro bilikləri mütləqdir;
  • 3ds Max / Revit / ArchiCAD – layihə fayllarını oxuma, redaktə etmə və başa düşmə bacarığı üstünlükdür;
  • İngilis və türk dili bilikləri vacib, rus dili biliyi üstünlükdür;

Əlavə Bacarıqlar

  • Əl ilə rəsm və eskiz qabiliyyəti;
  • Əla 3D məkan və həcmi qavrama bacarığı;
  • Detallara diqqət, dəqiqlik və dizayn estetikasına həssaslıq ;
  • Yaxşı ünsiyyət və komanda işi bacarığı;
  • Bir neçə layihəni eyni vaxtda idarə etmək və deadlinelara riayət etmək bacarığı.

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Memar” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily5
  • Weekly565
  • Monthly568