“Meqa Həyat Sığorta” ASC Risklərin idarə olunması şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
- sığortaçının ümumi risk profilinin və risklərin idarə edilməsi sisteminin monitorinqini aparmaq;
- qanunvericiliklə tələb olunan risklərin idarəedilməsi üzrə daxili normativ sənədləri hazırlamaq, onların yenilənməsini təmin etmək;
- sığortaçının istifadə etdiyi riskin ölçülməsi modellərindən əldə olunan hesablama nəticələri üzrə təhlillər aparmaq və dövri hesabatlar hazırlamaq;
- riskin limitlərini qruplaşdırmaq və sığortaçı üzrə ümumi müəyyən edilmiş limitlərə uyğunluğunun monitorinqini aparmaq;
- risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
- riskə məruz qalma halları, eyni zamanda risk idarə edilməsi ilə bağlı strateji məsələlər, strateji plan, sığortaçının yenidən təşkili, böyük ölçülü layihələr və investisiyalar barədə rəy vermək;
- sığortaçının maliyyə dayanıqlılığı ilə bağlı təhlillər aparmaq;
- riski müşahidə edən və vaxtında tədbirlər görən erkən xəbərdarlıq sistemlərinin yaradılması və istifadəsini həyata keçirmək;
- motivasiya məqsədli mükafatların müəyyən edilməsindən yaranan risklərin monitorinqini aparmaq.
Namizədlərə olan tələblər:
- Təhsil: Ali - İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə.
- İş təcrübəsi: risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə azı 4 (dörd) illik iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili
- Risk yönümlü düşüncə, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
- Üstünlüklər: Ms SQL, Python bilikləri
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
- İş vaxtı: 09:00-dan 18:00 – dək olmaqla 5 günlük iş həftəsi.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
Zəhmət olmasa mövzu bölməsində “Rəhbər - Risklərin idarə olunması” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər dəvət olunacaqdır.