Meqa Sığorta ASC Meqa Sığorta ASC
  • 380

Meqa Sığorta ASC

Sığorta

Auditor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Auditor

  • Deadline 8 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölmə: Daxili Audit Xidməti

Vəzifə öhdəlikləri:

  • Maliyyə və sığorta əməliyyatlarının auditini həyata keçirmək;
  • Audit yoxlamaları zamanı şirkətin biznes proseslərinin effektivliyini, səmərəliliyini və risk səviyyəsini qiymətləndirmək;
  • Audit yoxlamalarının nəticələrini Daxili audit qaydalarına uyğun olaraq sənədləşdirmək və təqdim etmək;
  • Daxili prosedur və qaydaların praktiki tətbiqini yoxlamaq, uyğunsuzluqları müəyyən etmək və düzəldici təkliflər hazırlamaq;
  • Audit hesabatlarının nəticələrinə əsasən düzəldici tədbirlərin icrasına nəzarət etmək;  
  • Vəzifə təlimatına uyğun digər öhdəlikləri yerinə yetirmək.

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (maliyyə, audit, mühasibatlıq və ya əlaqədar ixtisaslar üzrə);
  • İş təcrübəsi: Sığorta şirkətinin maliyyə-mühasibatlıq sahəsində azı 2 il iş təcrübəsi;
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik, analitik düşüncə, problemlərin həllində təşəbbüskarlıq,  yazılı və şifahi ünsiyyət bacarığı, komanda ilə işləmək bacarığı, inkişaf yönümlü və nəticəyönümlü yanaşma.

İş şərtləri:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
  • Əməkdaşlar üçün Loyallıq proqramına əsasən digər imtiyazlardan yararlanmaq.

Müraciət qaydası:

  • Zəhmət olmasa, mövzu bölməsində “Auditor” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
  • Daily0
  • Weekly227
  • Monthly1243