Meqa Sığorta ASC Meqa Sığorta ASC
  • 404

Meqa Sığorta ASC

Sığorta

Həkim-koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Həkim-koordinator

  • Deadline 11 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədlərə olan tələblər:

  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Müştəri ilə ünsiyyət qurmaq, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda işi, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.
  • Təhsil: Ali Tibbi (stomatologiya istisna olmaqla).
  • İş təcrübəsi: Tibbi sığorta və ya səhiyyə müəssisələrində ən azı 1 il iş təcrübəsi üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. İngilis dili: arzuolunandır.
  • Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.

Əsas vəzifə öhdəlikləri:

  • Sığorta olunanların müraciətlərini qəbul etmək və ilkin tibbi ekspertiza aparmaq.
  • Müayinə və müalicəni tibbi sığorta proqrama uyğun təşkil etmək.
  • Sığorta olunanların müvafiq həkimlərə və ya apteklərə yönləndirmək.
  • Təcili və planlı tibbi yardımın koordinasiyasını həyata keçirmək.
  • Sığortalıların müraciət və nəticələrinin uçotunu aparmaq və hesabatlar tərtib etmək.
  • Müştərilərə tibbi sığorta xidmətləri haqqında ətraflı məlumat vermək və müştəri məmnuniyyətini qorumaq.
  • Vəzifə təlimatına uyğun digər xidməti vəzifələri icra etmək.

Əmək şəraiti və şərtləri:

  • İş qrafiki: Gündəlik 7 saatdan ibarət 6 günlük iş həftəsi (şənbə yarım gün). İstirahət günü: Bazar. Aylıq iş qrafikində dövlət tərəfindən elan olunan bayram və qeyri-iş günlərinə təsadüf edən iş günləri üçün işçinin arzusu  ilə əvəzgün istirahət günü verilir və ya əlavə ödəniş həyata keçirilir.
  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Müraciət forması: Zəhmət olmasa CV-nizi "Həkim-koordinator" mövzusu ilə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin. Müsahibəyə vakansiya tələblərinə cavab verən namizədlər dəvət olunur.

  • Daily60
  • Weekly190
  • Monthly1457