Meqa Sığorta ASC Meqa Sığorta ASC
  • 344

Meqa Sığorta ASC

Insurance

Korporativ satış üzrə Baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ satış üzrə Baş mütəxəssis

  • Deadline 12 April 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədlərə olan tələblər:

  • Sığorta sahəsində korporativ satış üzrə minimum 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), rus və ingilis dili (arzuolunandır)
  • Kompüter bacarıqları: MS Word və MS Excel

Şəxsi və işgüzar keyfiyyətlər:

  • Yüksək kommunikasiya bacarıqları
  • Dəqiqlik, məsuliyyətlilik və operativlik
  • Təmkinli və analitik düşüncə tərzi

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştəriləri cəlb etmək
  • Müştərilərlə rahat və effektiv ünsiyyət qurmaq, onların ehtiyaclarına uyğun məhsul və xidmətlər təklif etmək
  • Müştərilərə təqdim edilən məlumatların düzgünlüyünə və satış prosesinin dəqiq aparılmasına diqqət yetirmək
  • Öhdəlikləri vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək
  • Komanda üzvləri ilə effektiv əməkdaşlıq etmək və şirkətin ümumi məqsədlərinə töhfə vermək
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.
  • Vəzifə təlimatına uyğun digər işlər.

İş şərtləri:

  • Əmək müqaviləsi əsasında əməkdaşlıq
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək)
  • Məzuniyyət: 30 gün əsas məzuniyyət + qanunvericiliyə uyğun əlavə məzuniyyət hüquqları
  • Tibbi sığorta təminatı
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük imkanı
  • "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.

Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

  • Daily11
  • Weekly155
  • Monthly138