Struktur bölmə: Satış departamenti Korporativ satış şöbəsi
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə olunması;
- Müəyyən edilmiş satış planlarının icrasını təmin etmək və fərdi effektivlik göstəricilərinə nail olmaq;
- Müştəri ehtiyaclarının dərindən təhlil edilməsi və onlara uyğun fərdi sığorta/biznes həllərinin hazırlanaraq təqdim edilməsi;
- Satış fəaliyyəti və nəticələr barədə rəhbərliyə mütəmadi olaraq hesabatların təqdim edilməsi;
- Satış proseslərinin təkmilləşdirilməsi istiqamətində yeni təkliflər vermək
- Komanda ilə sıx əməkdaşlıq edərək ortaq hədəflərə töhfə vermək.
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sığorta və ya müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
İş şərtləri:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- Əmək haqqı: Namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük
Zəhmət olmasa, mövzu bölməsində “Korporativ satış üzrə menecer” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.