Struktur bölmə: Risklərin idarə olunması şöbəsi
Vəzifə öhdəlikləri:
- Şirkətin risklərin idarə olunması strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- Risklərin (maliyyə, əməliyyat, hüquqi və s.) müəyyən edilməsi, baş vermə ehtimalının təhlil olunması və nəzarətin təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək;
- Əməliyyatların davamlı monitorinqini aparmaq, risklərin baş vermə ehtimalını təhlil etmək və nəzarətin təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək;
- Aparılan yoxlama nəticələri üzrə reyestrin qurulmasını və risk matriksinin formalaşdırılmasını həyata keçirmək;
- Yarana biləcək risk hadisələrinin səbəblərinin müəyyən edilməsi, qiymətləndirilməsi və təkrarlanmaması üçün tədbirlərin hazırlanması;
- Daxili və xarici risk faktorlarının müəyyən edilməsi;
- Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi və baş verə biləcək proses risklərinin aşkarlanması;
- Risk xəritəsini hazırlamaq və onun icrasını həyata keçirmək;
- Şirkətin hər bir mövcud və yeni məhsuluna, proses və tariflərinin cəmiyyətin risk siyasətinə uyğunlaşdırılması üçün tədbirlər planını həyata keçirmək;
- Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək.
Namizədə olan tələblər:
- Təhsil: Maliyyə, iqtisadiyyat, riyaziyyat və audit sahəsi üzrə ali təhsil;
- İş təcrübəsi: Risklərin idarə olunması sahəsində minimum 5 illik peşəkar təcrübə;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili bilikləri arzuolunandır;
- MS Office proqramları və risk idarəetmə alətləri ilə işləmə bacarığı;
- Komanda idarəetməsi üzrə təcrübə və liderlik bacarıqları;
- Analitik düşüncə, problem həlletmə və qərarvermə bacarığı;
- Risklərin idarə olunması, audit və digər müvafiq sahələr üzrə sertifikatların olması üstünlükdür;
- Sığorta fəaliyyətinə aid olan qanunları və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək.
İş şərtləri:
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
- Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı;
- "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Risklərin idarə olunması Müdir ” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.