Meqa Sığorta ASC Meqa Sığorta ASC
  • 416

Meqa Sığorta ASC

Insurance

Risklərin idarə olunması şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Risklərin idarə olunması şöbəsinin müdiri

  • Истекает 25 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Struktur bölmə: Risklərin idarə olunması şöbəsi

Vəzifə öhdəlikləri:

  • Şirkətin risklərin idarə olunması strategiyasının hazırlanması və icrasına nəzarət etmək; 
  • Risklərin (maliyyə, əməliyyat, hüquqi və s.) müəyyən edilməsi, baş vermə ehtimalının təhlil olunması və nəzarətin təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək;  
  • Əməliyyatların davamlı monitorinqini aparmaq, risklərin baş vermə ehtimalını təhlil etmək və nəzarətin təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək;
  • Aparılan yoxlama nəticələri üzrə reyestrin qurulmasını və risk matriksinin formalaşdırılmasını həyata keçirmək; 
  • Yarana biləcək risk hadisələrinin səbəblərinin müəyyən edilməsi, qiymətləndirilməsi və təkrarlanmaması üçün tədbirlərin hazırlanması;
  • Daxili və xarici risk faktorlarının müəyyən edilməsi;
  • Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi və baş verə biləcək proses risklərinin aşkarlanması;
  • Risk xəritəsini hazırlamaq və onun icrasını həyata keçirmək;
  • Şirkətin hər bir mövcud və yeni məhsuluna, proses və tariflərinin cəmiyyətin risk siyasətinə uyğunlaşdırılması üçün tədbirlər planını həyata keçirmək;
  • Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək.

Namizədə olan tələblər:

  • Təhsil:  Maliyyə, iqtisadiyyat, riyaziyyat və audit sahəsi üzrə ali təhsil;
  • İş təcrübəsi: Risklərin idarə olunması sahəsində minimum 5 illik peşəkar təcrübə;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili bilikləri arzuolunandır;
  • MS Office proqramları və risk idarəetmə alətləri ilə işləmə bacarığı;
  • Komanda idarəetməsi üzrə təcrübə və liderlik bacarıqları;
  • Analitik düşüncə, problem həlletmə və qərarvermə bacarığı;
  • Risklərin idarə olunması, audit və digər müvafiq sahələr üzrə sertifikatların olması üstünlükdür;
  • Sığorta fəaliyyətinə aid olan qanunları və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək.

İş şərtləri:

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
  • Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı;
  • "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.

Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Risklərin idarə olunması Müdir ” qeyd etməklə CV-nizi
Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək. 

  • Daily11
  • Weekly589
  • Monthly2302