Əsas vəzifələr və öhdəliklər:
- Şirkətin F&B (Food & Beverage) standartlarına uyğun təlim proqramlarını hazırlamaq və həyata keçirmək.
- Yeni işçilərin oriyentasiya və adaptasiya prosesini təşkil etmək.
- Mövcud işçilər üçün mütəmadi olaraq servis, məhsul bilikləri, satış texnikası və qida təhlükəsizliyi üzrə təlimlər keçmək.
- HACCP, sanitar qaydalar və təhlükəsizlik standartlarının əməkdaşlara düzgün öyrədilməsini təmin etmək.
- Təlimlərdə iştirakçıların bilik və bacarıqlarını qiymətləndirmək və nəticələr barədə hesabat vermək.
- F&B şöbəsinin rəhbərləri ilə birlikdə xidmət keyfiyyətini müşahidə etmək və çatışmazlıqları müəyyənləşdirmək.
- Menyudakı yeni məhsullar üzrə (tərkib, təqdimat, servis qaydaları) işçilərə təlimlər keçmək.
- Servis mədəniyyəti, ünsiyyət və müştəri məmnuniyyəti üzrə işçilərin inkişafına dəstək olmaq.
- Təlim materiallarının (prezentasiya, video, test və s.) hazırlanması və yenilənməsi.
- Təlim nəticələrinin ölçülməsi və təkmilləşdirmə planlarının hazırlanması.
Vəzifə üçün tələblər:
- Ali təhsil (turizm, iaşə, pedaqogika və ya müvafiq sahə).
- Minimum 3 il F&B sahəsində iş təcrübəsi (təlimçi və ya menecer kimi təcrübə üstünlükdür).
- Təlim proqramlarının hazırlanması və keçirilməsi bacarığı.
- Yüksək ünsiyyət və təqdimat bacarıqları.
- Komandada işləmə və motivasiyaetmə qabiliyyəti.
- Azərbaycan, rus və ingilis dillərində bilik (üstünlükdür).
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi.
- İş saatı: 09:00 – 18:00 saatlıq iş rejimi.
- Əmək haqqı: Müsahibə zamanı namizədin təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər Cv formasını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.