Vəzifə öhdəlikləri:
- İşçi tələbatının müəyyənləşdirilməsi və işə qəbul planının hazırlanması;
- Kadr sənədlərinin hazırlanması və düzgün şəkildə idarə olunmasına nəzarət;
- Davamiyyət məlumatlarını toplamaq, yoxlamaq və əmək haqqı hesablamaları üçün hazırlamaq;
- Kadr dəyişikliklərinin (işə qəbul, vəzifə dəyişikliyi, əmək haqqı dəyişiklikləri, xitamlar və s.) sistemdə ( 1C ) düzgün əks etdirilməsi;
- Əmək qanunvericiliyinə uyğun olaraq HR proseslərinin icrası;
Tələblər:
- İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
- Restoran sektorunda ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- Ezamlara acıq olmalıdır;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
- Komandada işləmək və prosesləri effektiv idarə etmək bacarığı;
- Analitik düşünmə və problemlərin operativ həlli bacarığı.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və təşəbbüskar;
- Nəticəyönümlü və operativ;
- Yüksək etik davranış və məxfilik prinsiplərinə riayət edən.
İş şəraiti:
- Əmək haqqı: 1300 AZN (net)
- İş qrafiki: 5 günlük iş həftəsi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Dinamik və inkişaf yönümlü iş mühiti
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində "İnsan Resursları üzrə aparıcı mütəxəssis" qeyd etmələri xahiş olunur.