Vəzifə öhdəlikləri:
- Restorana daxil olan məhsulların miqdarını, çəkisini, qiymətini və keyfiyyətini yoxlamaq;
- Mal qəbulunun təsdiq edilmiş sifariş və təchizatçı sənədlərinə uyğunluğunu nəzarətdə saxlamaq;
- Qəbul zamanı çatışmazlıq, artıq məhsul, keyfiyyətsiz və ya uyğunsuz məhsulları müəyyən etmək;
- Anbara daxil olan bütün məhsulların sistemdə düzgün əks etdirilməsinə nəzarət etmək;
- Gündəlik, həftəlik və aylıq inventarizasiyalarda iştirak etmək;
- Faktiki qalıqları sistem qalıqları ilə müqayisə etmək;
- Artıq və əskik qalıqlar üzrə fərqləri müəyyənləşdirmək;
- Aşkar edilmiş fərqlərin səbəblərini araşdırmaq və rəhbərliyə hesabat vermək;
- Məhsulların anbarlar arasında hərəkətinə və transferlərinə nəzarət etmək.
Tələblər:
- Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə təhsil);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- İİKO və 1C proqramı ilə işləmə bacarığı;
- Ezamlara acıq olmalıdır;
- Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti;
- Anbar, inventarizasiya və məhsul hərəkətinə nəzarət təcrübəsi;
- Komandada işləmək və prosesləri effektiv idarə etmək bacarığı;
- Analitik düşünmə və problemlərin operativ həlli bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik və inkişaf yönümlü iş mühiti.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində "Xərclərə nəzarət üzrə mütəxəssis" qeyd etmələri xahiş olunur.