Marketinq meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq meneceri

  • Deadline 21 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat 

Vəzifə öhdəlikləri:

  • Hotelin marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Sosial media hesablarını idarə etmək və məzmun planını hazırlamaq;
  • Rəqəmsal reklam kampaniyalarını (Meta Ads, Google Ads və s.) planlamaq, idarə etmək və optimallaşdırmaq;
  • Hotelin xidmət və kampaniyalarının tanıtımı üçün marketinq fəaliyyətlərini həyata keçirmək;
  • Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq;
  • Satış və rezervasiya komandası ilə əməkdaşlıq edərək hotelin satışlarının artırılmasına dəstək vermək;
  • Brend standartlarının qorunmasını təmin etmək və marketinq materiallarının hazırlanmasını koordinasiya etmək.

Namizədə tələblər:

  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi (hotelçilik sahəsində təcrübə üstünlükdür);
  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Meta Business Suite, Google Ads və Google Analytics platformaları üzrə biliklər;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
  • Analitik düşüncə, kreativ yanaşma və effektiv ünsiyyət bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmək bacarığı.

İş şəraiti: 

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Nahar təminatı;
  • Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Marketinq meneceri” qeyd etmələri xahiş olunur.

  • Daily0
  • Weekly374
  • Monthly2051