İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- SPA mərkəzinə gələn qonaqları gülərüz şəkildə qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;
- SPA xidmətləri barədə qonaqlara ətraflı məlumat vermək və rezervasiyaları qəbul etmək;
- Telefon zənglərini və elektron müraciətləri cavablandırmaq;
- Gündəlik rezervasiya cədvəlini idarə etmək və xidmətlərin düzgün planlaşdırılmasını təmin etmək;
- Ödənişləri qəbul etmək, POS sistemi ilə işləmək və gündəlik hesabatları hazırlamaq;
- Qonaqların müraciət və şikayətlərini operativ şəkildə həll etmək və lazım olduqda aidiyyəti şöbəyə yönləndirmək;
- SPA mərkəzinin qəbul sahəsinin səliqəli və təqdimata uyğun olmasını təmin etmək;
- Hotel və SPA standartlarına uyğun yüksək səviyyədə qonaq məmnuniyyətini təmin etmək.
Namizədə tələblər:
- Receptionist və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi (SPA və ya hotel sahəsində təcrübə üstünlükdür);
- Ali və ya orta ixtisas təhsili;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Gülərüz, məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı;
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı imkanları;
- Nahar təminatı;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "SPA Receptionist" qeyd etmələri xahiş olunur.