SPA Receptionist

  • Истекает 6 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • SPA mərkəzinə gələn qonaqları gülərüz şəkildə qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;
  • SPA xidmətləri barədə qonaqlara ətraflı məlumat vermək və rezervasiyaları qəbul etmək;
  • Telefon zənglərini və elektron müraciətləri cavablandırmaq;
  • Gündəlik rezervasiya cədvəlini idarə etmək və xidmətlərin düzgün planlaşdırılmasını təmin etmək;
  • Ödənişləri qəbul etmək, POS sistemi ilə işləmək və gündəlik hesabatları hazırlamaq;
  • Qonaqların müraciət və şikayətlərini operativ şəkildə həll etmək və lazım olduqda aidiyyəti şöbəyə yönləndirmək;
  • SPA mərkəzinin qəbul sahəsinin səliqəli və təqdimata uyğun olmasını təmin etmək;
  • Hotel və SPA standartlarına uyğun yüksək səviyyədə qonaq məmnuniyyətini təmin etmək.

Namizədə tələblər:

  • Receptionist və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi (SPA və ya hotel sahəsində təcrübə üstünlükdür);
  • Ali və ya orta ixtisas təhsili;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Gülərüz, məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı;
  • Növbəli iş rejimində işləməyə hazır olmaq.

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Nahar təminatı;
  • Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "SPA Receptionist" qeyd etmələri xahiş olunur.

  • Daily116
  • Weekly556
  • Monthly573