Mercure Hotels Baku City Mercure Hotels Baku City
  • 182

Marketinq Meneceri (Qrafik Dizayn Bacarıqları ilə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq Meneceri (Qrafik Dizayn Bacarıqları ilə)

  • Deadline 22 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Hotelin marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Sosial media hesablarının idarə olunmasını və kontent planının hazırlanmasını təmin etmək;
  • Hotelin xidmətləri, kampaniyaları və tədbirləri ilə bağlı reklam materialları hazırlamaq;
  • Sosial media paylaşımları, bannerlər, posterlər, broşürlər və digər vizual materialların dizaynını hazırlamaq;
  • Foto və video kontentin hazırlanması, redaktəsi və paylaşılmasını təşkil etmək;
  • Hotelin brend standartlarına və Accor şəbəkəsinin korporativ tələblərinə uyğun vizual materiallar hazırlamaq;
  • Marketinq kampaniyalarının planlaşdırılması və nəticələrinin təhlilini həyata keçirmək;
  • Hotelin restoran, SPA, tədbir və digər xidmətlərinin tanıdılması üçün marketinq fəaliyyətləri təşkil etmək;
  • Satış şöbəsi və digər aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;
  • Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını izləmək;
  • Marketinq fəaliyyətləri üzrə hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Qrafik dizayn sahəsində praktiki təcrübə;
  • Adobe Photoshop, Illustrator və Canva proqramları ilə işləmək bacarığı;
  • Sosial media platformalarının idarə olunması və kontent hazırlanması üzrə təcrübə;
  • Rəqəmsal marketinq və reklam alətləri barədə bilik;
  • Kreativ düşüncə və vizual zövq;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
  • Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Komanda ilə işləmək və bir neçə işi paralel idarə etmək bacarığı.

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Nahar təminatı;
  • Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətə əvvəlki işlərdən ibarət portfolio əlavə edilməsi arzuolunandır.

Mövzu hissəsində “Marketinq Meneceri” qeyd etmələri xahiş olunur.

  • Daily5
  • Weekly561
  • Monthly1976