İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Qonaqların sifarişləri zamanı menyu haqqında ətraflı məlumat vermək və düzgün seçim etmələri üçün məsləhətlər təqdim etmək;
- Qonaqları nəzakətlə qarşılamaq və hotelin xidmət standartlarına uyğun xidmət göstərmək;
- Qida və içkiləri müəyyən edilmiş xidmət standartlarına və ardıcıllığına uyğun təqdim etmək;
- Menyu, yeməklərin tərkibi və içkilər haqqında məlumatlı olmaq;
- Qonaqların sifarişlərini düzgün qəbul etmək və vaxtında icrasını təmin etmək;
- Qonaqların xüsusi istəklərini nəzərə almaq və onların məmnuniyyətini təmin etmək;
- Masaların təmizliyinə və xidmətə hazır vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına riayət etmək;
- İstifadə olunan avadanlıqlardan düzgün istifadə etmək və onların təmizliyini təmin etmək;
- Qida təhlükəsizliyi, gigiyena və HACCP standartlarına riayət etmək;
- Restoran komandası ilə koordinasiyalı işləmək.
Tələblər:
- Restoran və ya hotel sahəsində müvafiq iş təcrübəsi;
- Azərbaycan dilini səlis, ingilis dilini orta səviyyədə bilmək; rus dili biliyi arzuolunandır;
- Qonaqlarla ünsiyyət və müştəri xidmətləri bacarığı;
- Məsuliyyətli, diqqətli və nəzakətli olmaq;
- Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı;
- Gərgin iş şəraitində sakit və təmkinli davranmaq;
- HACCP standartları və qida təhlükəsizliyi qaydaları barədə məlumatlı olmaq;
- Növbəli iş qrafikində işləməyə hazır olmaq.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Nahar təminatı;
- Karyera inkişafı imkanları;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Ofisiant” qeyd etmələri xahiş olunur.