M Mercury Az
  • 1.4K

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 25 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə aid tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Müvafiq sahə üzrə min. 3 illik təcrübə;
  • Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür);
  • Microsoft Office biliyi proqramlarında sərbəst işləmə bacarığı (1 C 8.3 proqramı biliyi üstünlükdür);
  • Vergi Məcəlləsi, əmək qanunvericiliyi üzrə biliklər;
  • Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
  • İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı
  • Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli

 Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması,
  • Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • 1C 7.7 və 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
  • İnventarizasiyanın həyata keçirilməsi
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;
  • Mühasibatlığa aid bütün digər əməliyyatlar

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
  • Əmək haqqı: 800-1000 Azn
  • Ünvan: Əhməd Rəcəbli

Tələblərə uyğun şəxslər CV formalarını, mövzu hissəsinə “Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.

  • Daily127
  • Weekly127
  • Monthly2332