“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “Risklərin idarə edilməsi üzrə mütəxəssis” vakansiyası üzrə əməkdaşları müsabiqəyə dəvət edir.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika və ya Biznesin idarə edilməsi üzrə);
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta səviyyədə;
- Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel) işləmək bacarığı
- Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Məntiqi və analitik düşünmə tərzi.
Vəzifə öhdəlikləri:
- Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
- Təşkilatın ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
- Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
- Risklərin idarəedilməsi sahəsinə aid məsələlərə dair danışıqlarda və görüşlərdə iştirak etmək.
- Risklərin idarəedilməsi sahəsinə aid rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək
- Risklərin idarə edilməsi siyasətinə riayət edilməsinin monitorinqinin aparılması və kənarlaşmalar barədə hesabatın direktora təqdim edilməsi.
- Məhsul, xidmət və ya proses üzrə risklərin azaldılması tədbirlərindən sonra qalıq risklərin qiymətləndirilməsinin aparılması və bu barədə direktora hesabatın təqdim edilməsi.
- Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
- Risklərin idarə edilməsi işində BOKT-nin aidiyyəti struktur bölmələrinə metodoloji yardımın göstərilməsi.
- Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
- Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi
Hazır cv formalarınızı Mövzu/Subject bölməsinə “Risk mütəxəssisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.