İşin təsviri
- CNC dəzgahlarında detalların dəqiq və düzgün emalını həyata keçirmək;
- Əməliyyat zamanı istifadə olunacaq kəsici alətlərin və qurğuların düzgün seçib və quraşdırmaq;
- Texniki cizgilərə uyğun proqramları yazılmaq, dəzgahda sazlamaq və işlətmək;
- Verilən çizgilər əsasında detalları qüsursuz emal etmək;
- Sərtləşdirilmiş detalları (termiki emal keçmiş sərtliyi HRC-58-62) CNC torna dəzgahında emal etmək;
- İdarəetmə stendi FANUC01-TF olan CNC dəzgahında işləmək;
- Dəzgahın gündəlik texniki baxışını aparmaq və texniki nasazlıqları müəyyənləşdirib aradan qaldırmaq;
- Emal müddətinin və material sərfiyyatının optimallaşdırılması üzrə təkliflər vermək;
- Təhlükəsizlik qaydalarına və istehsalat intizamına riayət etmək.
Tələblər
- CNC torna dəzgahı üçün proqram yazmaq və işləmək təcrübəsi 3 ildən az olmamalı;
- Fanuc, Siemens və ya Heidenhain idarəetmə sistemlərindən birini bilmək üstünlükdür;
- Ölçü alətləri ilə işləmə təcrübəsi olamlı(mikrometr, ştanqel və s.);
- Çizgiləri və texniki çertyojları oxumaq bacarığı (orta səviyyədə);
- Peşə dərəcəsi 4-cü dərəcədən aşağı olmamalı;
- Xüsusi və universal tərtibatların konstruktiv xüsusiyyətlərini və istifadə qaydasını bilməli;
- Alət poladlarından və sərt ərintilərdən hazırlanmış kəski alətlərinin həndəsi formasının itilənməsini və quraşdırılmasını bilməlidir;
- Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığına malik olmaq.
İş şərtləri
- Növbəli iş qrafiki;
- Rəqabətli əmək haqqı;
- Nəqliyyat xidmətləri və nahar.
Maraqlnan namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan link-ə göndərə bilərlər.