Daxili audit üzrə mütəxəssis

  • Истекает 18 июнь 2026

İşin təsviri

  • Daxili audit planına uyğun audit yoxlamalarını həyata keçirmək;
  • İstehsalat, anbar, satınalma, maliyyə və digər biznes proseslərinin daxili prosedur və nəzarət qaydalarına uyğunluğunu qiymətləndirmək;
  • Riskləri müəyyən etmək, mövcud nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək və təkliflər vermək;
  • Audit zamanı məlumatların toplanması, təhlili və sənədləşdirilməsini həyata keçirmək;
  • Aşkarlanmış uyğunsuzluqlar və risklər üzrə audit hesabatlarını hazırlamaq;
  • Düzəldici tədbirlərin icrasını izləmək və monitorinq etmək;
  • ERP sistemləri və digər daxili proqramlar üzərindən əməliyyatların düzgünlüyünü yoxlamaq;
  • Daxili prosedur və siyasətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Audit nəticələrini rəhbərliyə təqdim etmək və izah etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • Daxili audit, maliyyə nəzarəti və ya mühasibatlıq sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • İstehsalat müəssisəsində iş təcrübəsinə üstünlük verilir;
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • ERP sistemləri ilə işləmə təcrübəsi;
  • Audit və daxili nəzarət prinsipləri üzrə biliklər;
  • Risklərin qiymətləndirilməsi və analiz bacarığı;
  • Hesabat hazırlama və təqdimetmə bacarığı;
  • Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
  • Məxfi məlumatlarla peşəkar işləmə bacarığı;
  • Komanda ilə işləmək və şöbələrarası kommunikasiya bacarığı;
  • Daxili audit və ya maliyyə sahəsi üzrə sertifikatların (CIA, ACCA və s.) olması üstünlükdür.

İş şərtləri

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily83
  • Weekly243
  • Monthly1627